İran ballistik raket hazırladığını bəyan etdi
Hurriyyet.az xəbər verir ki, İran müasir Hava Hücumundan Müdafiə sistemlərini aşa biləcək gücə malik yeni hipersonik ballistik raket hazırladığını bəyan edib.
İranın İRNA rəsmi informasiya agentliyinin verdiyi xəbərə görə, İranın İnqilab Keşikçiləri Korpusunun komandanı, briqada generalı Əmir Əli Hacızadə paytaxt Tehranda keçirilən bir tədbirdə ölkəsinin yeni bir ballistik raket istehsal elədiyini söyləyib. Hacızadə həmin raketin hipersonik sürətə malik olduğunu bildirib, həm atmosferdə, həm də atmosfer xaricində manevr qabiliyyətinə sahib olduğunu iddia edib.
İranlı komandir məsələ ilə bağlı əlavə məlumat verməyib.
Səsdən beşqat sürətlə hərəkət edən hipersonik raketlər bu xüsusiyyətləri səbəbindən HHM tərəfindən əngəllənə bilmir.
Hürr Tərcüman