İran BƏƏ-nin ən böyük neft mərkəzini vurdu - Yükdaşımalar dayandı
2026-03-14 18:16:11
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanında yerləşən əsas neft mərkəzi İran tərəfindən vurulub.
Modern.az xəbər verir ki, dron qalıqlarının düşdüyü neft mərkəzində yanğın baş verib.
Yanğından sonra BƏƏ-də bəzi neft yükləmə əməliyyatları dayandırılıb.
Qeyd edək ki, hadisə ABŞ-nin İranın xam neft ixracı üçün əsas obyekt olan Xark adasına zərbə endirməsindən bir gün sonra baş verib.
İran rəsmiləri daha sonra BƏƏ-dəki limanları və körpüləri hədəf ala biləcəkləri barədə xəbərdarlıq ediblər.