📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Bəhreynin ən böyük neft emalı müəssisəsinə zərbəsi endirib

2026-03-09 11:54:44

İran Bəhreynin ən böyük neft emalı müəssisəsinə zərbəsi endirib

BAPCO Energies şirkətinə məxsus olan və Bəhreyndə fəaliyyət göstərən ən böyük neft emalı zavoduna Iran tərəfindən raket zərbəsi endirilib.

"AzPolitika" xəbər verir ki, "Reuters"-in yaydığı məlumata görə, zərbə nəticəsində müəssisənin bir hissəsində yanğın baş verib.

Bəhreyn rəsmilərinin açıqlamasında bildirilib ki, yanğın qısa müddət sonra nəzarət altına alınıb və zavodun fəaliyyəti dayandırılmayıb, normal şəkildə davam etdirilir. İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Qeyd olunur ki, bu müəssisə gündə yüz minlərlə barrel neft emal gücünə malik olmaqla Körfəz regionunun ən mühüm enerji infrastrukturlarından biri hesab edilir.