İran Bəsrə körfəzindəki yanacaq tankerini saxladı
2022-12-19 11:56:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun hərbçiləri Bəsrə körfəzində qaçaq yanacaq daşıdığı iddia edilən bir tankeri və 12 nəfəri saxlayıblar.
İran mətbuatının yazdığına görə, tankerdə 330 min litr yanacaq olub. Hadisənin detalları ilə bağlı hələlik rəsmi açıqlama verilmir.
Hürr Tərcüman