📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran BMT-də səs hüququnu geri almaq üçün milyonlarla dollar ödəməlidir

2022-01-13 15:06:00

İran BMT-də səs hüququnu geri almaq üçün milyonlarla dollar ödəməlidir

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İran, Venesuela və bir sıra başqa ölkələr haqq ödəmədikləri üçün müvəqqəti olaraq, BMT-nin Baş Assambleyasında səs hüququndan məhrum ediliblər. Bu barədə məlumat BMT-nin Baş katibi Antonio Quterrişin Baş Assambleyanın 76-cı sessiyasının sədri Abdulla Şahidə məktubunda verilir. Borclular siyahısında Sudan, Antiqua və Barbuda, Vanuatu, Qvineya, Komor adaları, Konqo, Papua – Yeni Qvineya, San-Tome və Prinsipi, Somalinin, ümumilikdə 11 dövlətin adı var.

Məktubda dəqiqləşdirilib ki, BMT Nizamnaməsinin 19-cu maddəsinə görə, əvvəlki iki il ərzində təşkilata borcları ödənişləri ilə eyni, yaxud da ödənişlərindən çox olan ölkələr səsvermə hüququndan məhrum edilirlər.

Səs hüququnun bərpası üçün İran 18,4 milyon, Venesueala isə 39,8 milyon dollar ödəməlidir.

Hürr Tərcüman