📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran bu halda Hörmüzü tamamilə bağlayacaq - Xəbərdarlıq

2026-03-22 20:46:44

İran bu halda Hörmüzü tamamilə bağlayacaq - Xəbərdarlıq

“ABŞ İranın elektrik stansiyalarına hücum edərsə, Hörmüz boğazını tamamilə bağlayacağıq”. 

“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari bəyan edib. 

“ABŞ-nin İranın elektrik stansiyalarına qarşı təhdidlərini həyata keçirməsi halında dərhal aşağıdakı cəza tədbirləri görüləcək: Hörmüz boğazı tamamilə bağlanacaq və dağıdılmış elektrik stansiyaları bərpa olunmayana qədər açılmayacaq. İsrailin bütün elektrik stansiyaları, enerji infrastrukturu və informasiya texnologiyaları geniş hücumlara məruz qalacaq”, - bəyanatda deyilir.