📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran bütün aviareysləri ləğv etdi

2024-10-26 09:00:44

İran bütün aviareysləri ləğv etdi

İranda bütün aviareyslər növbəti xəbərdarlığa qədər ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, uçuşlar bütün istiqamətlər üzrə ləğv edilib.

Xatırladaq ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.