İran deputatdan hədə: "Azərbaycan hökumətinin başçıları regionda ABŞ və sionist rejimə güvənən ölkələrin taleyindən dərs almalıdır"
İranın "Arya News" media resursu xəbər verir ki, İran-Azərbaycan parlament dostluq qrupunun üzvü deyib: "İki qonşu ölkə dərin və tarixi əlaqələrə malikdir və bugünkü Azərbaycan hökumətinin İran və İslam Respublikası ilə bağlı xoş xatirələri var. Biz bu ölkəyə İslam dünyasına doğru hərəkət etməyi tövsiyə edirik”.
Təbriz şəhərindən seçilmiş millət vəkili Seyid Məhəmmədrza Mirtacəddini mediaya müsahibəsində İran xarici işlər nazirinin azərbaycanlı həmkarı ilə telefon danışığına toxunaraq deyib: “İran Azərbaycan məsələsi ilə bağlı öz qırmızı xətlərini dəfələrlə açıqlayıb və bu, coğrafiya və sərhədlərin dəyişdirilməsindən ibarətdir”.
"Azərbaycan hökumətinin başçıları regionda Amerikaya və sionist rejimə güvənən ölkələrin taleyindən dərs almalı və bilməlidirlər ki, onlara heç bir şəkildə etibar etmək olmaz, deyə o, hədələyici tonda bildirib.
Ülviyyə, Hurriyyet.az