📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran diplomatı Ermənistana səfər edəcək

2024-09-13 12:44:09

İran diplomatı Ermənistana səfər edəcək

Hurriyyet.az xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Məcid Taxtrəvançı Ermənistana səfər edəcək. Bu barədə onun özü, erməni həmkarı Vahan Kostanyanla telefonla danışdıqdan sonra, X şəbəkəsində məlumat verib. Diplomat səfərin nə zamana planlaşdırıldığını bildirməyib.
Kostanyan da iranlı həmkarı ilə telefon danışığı barəsində məlumat verib, İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin İrəvan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Hürr Tərcüman