📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran diplomatı Rusiyaya gedəcək

2025-04-14 14:51:06

İran diplomatı Rusiyaya gedəcək

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı bu həftənin axırlarında Moskvaya səfər edəcək. Bu barədə İran XİN-in rəsmi təmsilçisi İsmayıl Bəqai məlumat verib. Bəqainin sözlərinə görə, səfər çoxdan planlaşdırılıb. Tərəflər Tehran ilə Vaşinqton arasındakı danışıqlarla bağlı mövcud vəziyyəti də müzakirə edəcəklər. Bəqai deyib: "Bu həftənin axırında Əraqçi Moskvaya səfər edəcək. Diqqətinizə çatdırıram ki, bu, əvvəlcədən planlaşdırılmış səfərdir. Lakin bu imkandan Maskatdakı danışıqlarla bağlı son hadisələrin müzakirəsi üçün istifadə edilməsi mümkündür".
Bəlli olduğu kimi, şənbə günü Omanda ABŞ ilə İran arasında danışıqlar olub. Tərəflər növbəti dəfə aprelin 19-da məşvərət keçirmək barəsində razılığa gəliblər. Həmin danışıqlar Vaşinqtonla Tehran arasında gələcək razılaşmanın ümumi konturlarına həsr ediləcək.
Hürr Tərcüman