📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran "Əfqanıstanın qonşuları" adlı beynəlxalq sammit keçirir: "Taliban" toplantıda yoxdur

2021-10-27 21:40:00

İran


Tehranda Rusiya ilə birlikdə “Əfqanıstanın qonşuları"nın xarici işlər nazirlərinin zirvə görüşü öz işinə başlayıb.
 
İclasa İran, Türkmənistan, Tacikistan və Özbəkistanın xarici işlər nazirləri, eləcə də Rusiya və Çinin Tehrandakı səfirləri qatılıblar.
 
Bir müddət sonra keçiriləcək ikinci toplantıda isə Rusiya və Çinin xarici işlər nazirlərinin videokonfrans formatında iştirak edəcəyi gözlənilir. Həmin toplantıda İranın vitse-prezidenti Məhəmməd Müxbir də çıxış edəcək.
 
"Taliban" bir neçə gün əvvəl yaydığı bəyanatda iclasda iştirak etməyəcəyini açıqlamışdı. \\Ovqat.com