📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran elçisi Livan ilə Suriyaya səfərlərə hazırlaşır

2024-02-08 17:20:37

İran elçisi Livan ilə Suriyaya səfərlərə hazırlaşır

Hurriyyet.az xəbər verir ki, İranın Livandakı səfiri Moxtaba Amaninin məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan fevralın 9-da Livana səfər edəcək. Onun Suriyaya da gedəcəyi gözlənilir.
Səfir X şəbəkəsində yazıb: "Sabah İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Beyruta gələcək və Livan dövlətinin bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşəcək, mövcud vəziyyəti müzakirə edəcək".
Suriyanın "Əl Vətən" qəzetinin yazdığına görə, İran XİN rəhbəri yaxın günlərdə Dəməşqə də səfər edəcək.
Hürr Tərcüman