📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Ərbəin zəvvarlarına İraqa getməyi qadağan etdi

2022-08-30 14:02:00

İran Ərbəin zəvvarlarına İraqa getməyi qadağan etdi

İran Ərbəin zəvvarlarına İraqa getməyi qadağan edib. Belə ki, İranın daxili işlər nazirinin müavni Seyidməcid Mirəhmədi ölkənin İraqla quru sərhədlərinin bağlı olduğunu açıqlayıb.
Ərbəin mərkəzi qərargahının rəhbəri deyib ki, iranlı zəvvarlar hələlik və bununla bağlı yeni məlumat verilənədək İraqa səfər etməkdən çəkinməlidirlər.
Ötən axşam o, canlı televiziyaya müsahibəsində Bağdadda baş verənlərə toxunaraq İraqdakı İran vətəndaşlarını da Bağdad, Kazımeyn və Samerra şəhərlərinə səfərlərini təxirə salmağa çağırıb.

Ülviyyə, Hurriyyet.az