İran ərəb-İsrail tərəfdaşlığına qarşı Moskva ilə birləşir
2023-02-24 13:35:00
İbrahim razılaşmaları İranın Moskva ilə hərbi əlaqələrini gücləndirmək qərarına təsir edən amil oldu. Belə ki, Amerikanın Stimson Mərkəzinin fikrincə, İran ərəb-İsrail-Amerika ittifaqı ilə pozulan regional tarazlığı Rusiya Federasiyası ilə müttəfiqlik edərək onu dəstəkləyəcəyi ümidi ilə bərpa etməyə çalışır.
Bu, ilk növbədə Rusiya Federasiyasından Su-35 qırıcıları kimi yeni silahların alınması ilə özünü göstərir. Həmçinin İslam Respublikası ABŞ-ın “arxa bağçasında”, Latın Amerikası kimi regionlarda öz təsir imkanlarını genişləndirməyə çalışır.
Ülviyyə, Hurriyyet.az