İran Ermənistana 500 milyonluq SİLAH SATACAQ? - İrəvandan RƏSMİ AÇIQLAMA
2024-07-25 12:04:33
Xəbər verdiyimiz kimi, İran və Ermənistan arasında dəyəri 500 milyon dollar təşkil edən məxfi silah müqaviləsi imzalanıb.
Bildirilib ki, müqaviləyə əsasən, İran Ermənistana “Şahed 136”, “Şahed 129”, “Şahed 197”, “Mohajer” kimi pilotsuz uçuş aparatları, eləcə də “Xordad 3”, “Məcid”, “Xordad 15” və Arman kimi zenit- raket sistemləri verəcək.
Hurriyyet.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi İranla 500 milyon dollarlıq gizli razılaşmaya dair xəbərləri təkzib edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bu barədə daha əvvəl məlumat yaymış "İran international" nəşrini "uydurma" adlandırıb.
Musavat.com
