📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Ermənistana PUA verəcək: Qafqazda odla oyun

2022-12-19 23:57:00

İran Ermənistana PUA verəcək: Qafqazda odla oyun

Cənubi Qafqazda Türkiyə-Azərbaycan rolunu azaltmağa çalışan Tehran rəhbərliyi təhlükəli gediş etmək ərəfəsindədir.

Hurriyyet.Az “milliyet”ə istinadən xəbər verir ki, bu məqsədlə də Tehran İrəvana PUA vermək istəyir. 

“İran Cənubi Qafqazda nüfuzunu itirmək təhlükəsi ilə üz-üzədir və Ermənistanı həvəsləndirməklə Bakı ilə İrəvan arasında sülh danışıqlarının qarşısını almağa çalışır. Tehran rejimi Zəngəzur dəhlizi layihəsi ilə bağlı narahatlığını heç vaxt gizlətməyib. Hansı ki, bu dəhliz Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqə yarada biləcək” - deyə “Milliyet” yazır.

Mətbu orqanın yazdığına görə, Tehran rejimi Ermənistana “Şahed-136” kamikadze dronları  verə bilər və bu istisna deyil.

Mürtəza