📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Ermənistana qaz nəqlini ikiqat artırmağa hazırlaşır

2024-07-19 14:22:11

İran Ermənistana qaz nəqlini ikiqat artırmağa hazırlaşır

Hurriyyet.az "Sputnik Ermənistan" agentliyinə istinadla xəbər verir ki, İranın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani İrandan Ermənistana qaz nəqlinin yaxın zamanda iki dəfə artacağını bildirib. Səfir bu barədə İranın SNN agentliyinə müsahibəsində məlumat verib.
Diplomat ötən il Ermənistanla İran arasındakı "Elektrik qarşılığında qaz" sazişinin müddətinin 2030-cu ilə qədər uzadıldığını xatırladıb. Tehrandan Ermənistana ildə 360 milyon kub metr qaz idxal edilir, İrəvan isə bunun əvəzini elektrik enerjisi ilə ödəyir.
Sübhani deyib: "Ermənistandan İrana elektrik enerjisi nəqlinin üçüncü xəttinin hazırlanması demək olar ki, tamamlanmaq üzrədir. Qarşıdakı aylarda istifadəyə veriləcək. Bundan sonra biz Ermənistandan elektrik enerjisi idxalını iki dəfə artıra bilərik". İki ölkə arasındakı müqaviləyə görə, Ermənistan hər 3 kv/saat elektrik enerjisi üçün İrandan 1 kubmetr qaz alır.
Sübhani iki ölkə arasında ticarət dövriyyəsinin 711 milyon dollara çatdığını,  gündə 400 yük maşının İran-Ermənistan sərhədində gediş-gəliş etdiyini qeyd edib.
Hürr Tərcüman