İran Ermənistana tonlarla yardım göndərir
2023-10-05 09:25:06
Hurriyyet.az xəbər verir ki, “Sputnik Ermənistan” informasiya agentliyinin “MiranPress” nəşrinə istinadla yazdığına görə, İran İslam Respublikasından gedən yük maşınları yaxın zamanda Ermənistana 50 ton həcmində humanitar yardım çatdıracaqlar. Yardımlar Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçı rejim antiterror əməliyyatı ilə tərk-silah edildikdən sonra Ermənistana getmiş şəxslər üçün nəzərdə tutulub.
Humanitar yardım çərçivəsində İrandan Ermənistana gigiyena vasitələri, ərzaq məhsulları, yorğanlar, geyim və s. göndərilib. Artıq yaxın günlərdə yük maşınlarının mənzil başına çatacağı bildirilir.
Hürr Tərcüman