📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Ermənistanda avtomobil zavodu tikəcək

2022-09-05 19:26:00

İran Ermənistanda avtomobil zavodu tikəcək

Hurriyyet.az xəbər verir ki, İrəvan İranın Ermənistanda avtomobil istehsal edən zavod tikməsi planını alqışlayır. Mehr agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı İranın Ticarət Təşviqi Təşkilatının rəhbəri Əlirza Peyman-Pak verib.

İran məmuru sentyabrın 5-də Ermənistanın İtisadiyyat nazirinin müavini Narek Teryan ilə görüşüb. Görüş zamanı trəflər ticarət münasibətlərinin inkişafını, məhsulların nəqlinin alternativ yollarını, İranın Ermənistanda avtomobil istehsalı zavodunu tikməsini və birgə məişət və elektron texnikasının istehsalı perspektivini müzakirə ediblər.

Peyman-Pak bəyan edib ki, İran Avrasiya İqtisadi İttifaqına məhsul ixrac eləmək məqsədi ilə Ermənistanda zavod tikəcək.

Hürr Tərcüman