📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Ermənistanın regiona xarici qüvvə gətirməsindən məmnun deyil

2024-04-22 16:17:35

İran Ermənistanın regiona xarici qüvvə gətirməsindən məmnun deyil

Hurriyyet.az xəbər verir ki, İran xarici hərbçilərin Cənubi Qafqaz ərazisinə müdaxilə eləməsinin region xalqlarının təhlükəsizliyi, sabitliyi və maraqlarını təmin etməyəcəyini hesab edir. Bu barədə açıqlamanı İran XİN-in rəsmi təmsilçisi Nəsir Kənani verib.
Kənani deyib: "Cənubi Qafqazın hərbiləşməsinin gücləndirilməsinə doğru atılmış istənilən addım regionda təhlükəsizlik vəziyyətini mürəkkəbləşdirəcək və bütün sülh prosesinə zərər vuracaq. Region ölkələri bölgədə vəziyyəti mürəkkəbləşdirəcək mexanizmlərin formalaşmasını istəmirlər".
O, Cənubi Qafqazın təhlükəsizliyinin İranın əsas psioritetlərindən biri olduğunu söyləyib.
Hürr Tərcüman

PM Pashinyan Holds Phone Conversations with Macron, Scholz, Raisi and  Blinken • MassisPost