İran Ermənistanın sülhə yaxınlaşmasından qorxuya düşüb...
İran Ermənistanın sülh təşəbbüslərinə müsbət reaksiyasından təşvişə düşüb. Rəsmi Tehranın təlaşı «İran Diplomatiyası” saytının diliylə,“Ermənistan Qarabağdan əlini üzür: bundan sonra nə olacaq?” yazısında özünü biruzə verib. Yazıda deyilir:
“Qarabağı hansı aqibət gözləyir? Çətin ki, Yerevanda danışılan etnik təmizləmə və ya partizan müharibəsi Bakını qorxuda bilsin.
Ermənistanla Rusiya arasında ən vacib müzakirə mövzusu Qarabağ məsələsi olduğundan, Moskva ilə münasibətlərə də yenidən baxılmalıdır. Ermənilərin bir çoxu üçün Kreml ehtiyac anında onlardan üz döndərdərən etibarsız müttəfiqdir.
Məsələnin dönüş nöqtəsi, Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişədə baş verdi. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl bildirib ki, Ermənistan ərazi ambisiyalarını Sovet İttifaqının sərhədləri ilə məhdudlaşdırmaq şərti ilə sülhə nail olacaq. Başqa sözlə, dəfələrlə uğrunda Azərbaycanla vuruşduğu Qarabağ bölgəsindən imtina etməlidir.
Bu sözlərdən bir neçə gün sonra Azərbaycan Ermənistanla qondarma “DQR” arasında “həyat yolu” deyilən Laçın dəhlizində nəzarət postu yaradıb...".
Biz öz tərəfimizdən Tehrana deyə bilərik ki, “qorxunun əcələ faydası yoxdur”.
Ülviyyə, Hurriyyet.az