📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Ermənistanla birgə dron təlimləri keçirir

2022-08-16 14:09:00

İran Ermənistanla birgə dron təlimləri keçirir

İran Ermənistanla birgə dron təlimləri keçirir. Bu barədə İran mediası SEPAH-a istinadla bildirir. Belə ki, SEPAH-ın Aerokosmik Qüvvələri Kaşan aviabazasında Ermənistan, Rusiya və belarusla birgə PUA təlimlərinin keçirildiyini təsdiqləyib.
"Fars News"un xəbərinə görə, təlimlərdə Rusiya və Belarus da iştirak edib. Həmin təlimlərin sözçüsü Əli Bilali bu təlimlərin “Beynəlxalq Hərbi Yarışlar 2022” çərçivəsində olduğunu qeyd edib.
O, Kaşanda PUA təlimlərinin bu gündən "elektrikli və porşenli mühərriklər" sahəsində təşkil olduğunu və 12 gün müddətində davam edəcəyini bildirib.
Bundan əvvəl Amerika rəsmiləri mediaya verdiyi müsahibədə bildirmişdilər ki, İran bir neçə həftə əvvəl bu ölkədə İranın pilotsuz döyüş təyyarələrindən istifadə etmək üçün Rusiya qüvvələrinə təlim keçib.
Daha öncə Amerika rəsmiləri xəbərdarlıq etmişdilər ki, Rusiya Ukraynadakı müharibədə İranın döyüş pilotsuz təyyarələrindən istifadə etməyə çalışır.

Ülviyyə, Hurriyyet.az