📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran etiraf etdi: Çətin vəziyyətə düşmüşük

2021-10-18 23:22:00

İran etiraf etdi: Çətin vəziyyətə düşmüşük

İranda ciddi ərzaq böhranı yaşanır.

Sistan, Bəlucistan, Cənubi Xorasan, Buşehr, Kerman daha 3 vilayət daxil olmaqla ümumilikdə 8 əyalətdə ərzaq çatışmazlığı yaranıb. Bunu rəsmi dairələr də təsdiq edir.

Səhiyyə Nazirliyi məsələ ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, digər vilayətlərdə də oxşar hal yaşansa da, 8 bölgədə vəziyyət daha çətindir. Açıqlamaya görə, ərzaq böhranın yaranmasında pandemiya, qiymət artımı və inflyasiya rol oynayıb. Bildirilir ki, çətinliyin aradan qalxması üçün bəzi addımlar atılsa da, nəticə əldə etmək mümkün olmayıb.  \\Kanal.az