📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran FİFA-ya şikayət etdi - "ABŞ geri addım atdı"

2022-11-28 22:41:00

İran FİFA-ya şikayət etdi -

İran Futbol Federasiyası FİFA-ya şikayət edib.

Buna səbəb ABŞ Milli Futbol Komandasının sosial şəbəkələrdəki paylaşımlarında İran bayrağından və İslam Respublikasının emblemindən istifadə etməməsidir.

İranın rəsmi şikayətindən sonra ABŞ milli komandası sosial media hesabında dünya çempionatının yeni oyununu paylaşıb, bayraq və emblemə düzəliş edib. İran mətbuatı isə sözügedən addımı "ABŞ İranın şikayətindən sonra geri addım atdı" kimi qiymətləndirib.

Qeyd edək ki, sözügecən matç sabah baş tutacaq. \\Metbuat