İran Fransa ilə Livanda atəşkəsi müzakirə etməyə hazırdır, amma ölkənin baş naziri narazıdır...
2024-10-18 12:46:09
İran yalnız Livan ordusunun ölkənin cənubunda İsraillə sərhədə yaxın ərazidə yerləşdirilməsini nəzərdə tutan BMT-nin 1701 saylı qətnaməsinin icrası ilə bağlı Fransa ilə danışıqlara hazırdır. Bunu Fransanın “Le Figaro” nəşrinə müsahibəsində İran parlamentinin sədri Qalibaf deyib.
BMT Təhlükəsizlik Şurasının 2006-cı il avqustun 11-də 1701 saylı qətnaməsi qəbul edilib və buna əsasən İkinci Livan müharibəsindən sonra bölgədə atəşkəs elan edilib.
Amma İranın Livandakı vəziyyəti həll etmək üçün Fransa ilə danışıqlara hazır olması ilə bağlı sözləri Livanın baş naziri Nəcib Mikatini qəzəbləndirib və o deyib ki, “bu mövqe Livanın daxili işlərinə açıq-aşkar müdaxiləni və Livan üzərində protektorat yaratmaq cəhdini ifadə edir”.
Ülviyyə, Hurriyyet.az