📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran futbolunun azərbaycanlı əfsanəsi Əli Dayi ölümlə hədələnir

2022-10-20 14:01:00

İran futbolunun azərbaycanlı əfsanəsi Əli Dayi ölümlə hədələnir

İran İnqilabının Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Cavan" media orqanı ərdəbilli futbol ulduzu Əli Dayini məktəbli qızın hökumət qüvvələri tərəfindən öldürülməsi ilə bağlı verdiyi açıqlamalarına görə ölümlə hədələyib.
"Öz həddini bilməyən hər kəs həlak olacaqdır",- deyə, media orqanı Əli Dayi ilə bağlı dərc etdiyi yazıda xəbərdarlıq edib.
Yazıda Əli Dayinin keçmiş futbol ulduzu, adının dünyanın ən çox qol vuranlar siyahısında olduğu vurğulanıb, ondan "separatçı" və "iğtişaşçı"larla bir yerdə olmaması tələb edilib. Bu, son günlər İran mediası və bir sıra hökumət qurumları tərəfindən azərbaycanlı futbolçuya qarşı dərc edilən növbəti təhdid yazısıdır.

Xatırladaq ki, İran futbolunun ərdəbilli əfsanəsi Əli Dayi sosial mediada paylaşım edərək Ərdəbilin "Şahid" orta məktəbinin qız şagirdi Əsra Pənahi Xanqahın oktyabrın 13-də öldürüldüyünə dair xəbərin doğru olduğunu yazıb.
O, Ərdəbil əyalətinin İran parlamentindəki təmsilçisinin çıxışına münasibət bildirib və onu xalqın deyil, hakimiyyətin maraqlarına xidmət etdiyini deyib. Əli Dayi yeniyetmə məktəblinin ölümü ilə bağlı İran mediası və rəsmilərinin ziddiyyətli məlumatlarına toxunaraq, onların bir-birini təkzib etdiklərini söyləyib.
"Mən doğulduğum torpaqdan aldığım etibarlı xəbərlərin doğruluğuna inanmasam, yaymaram. Əsra Pənahi Xanqah öldürülüb. Bununla bağlı faktlar var”,-deyə sonda o, vurulayıb.

Ülviyyə, Hurriyyet.az