📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran gəmilərin Hörmüz boğazından keçməsi üçün şərtləri açıqladı

2026-03-12 22:20:58

İran gəmilərin Hörmüz boğazından keçməsi üçün şərtləri açıqladı

Hörmüz boğazından keçən gəmilər İran Hərbi Dəniz Qüvvələri ilə razılaşdırılmalıdır.

Hurriyyet.info “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmyıl Bəqai bildirib.

“Naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün gəmilər öz keçidlərini İran Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirməlidir”, - diplomat vurğulayıb.

Baqai qeyd edib ki, ABŞ və İsrailin bölgədə yaratdığı etibarsızlıq gəmi daşımalarına mənfi təsir göstərə bilər, lakin Tehran Hörmüz boğazının təhlükəli olmasını istəmir.