📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran gəmisinə silahlı HÜCUM EDİLDİ

2021-11-01 19:55:00

İran gəmisinə silahlı HÜCUM EDİLDİ

İranın neft daşıyan tankerinə Ədən körfəzində dəniz quldurları tərəfindən silahlı hücum olub.

Tankeri müşayiət edən İranın Hərbi Dəniz Qüvvələrinin əsgərləri dəniz quldurlarının katerlərini atəşə tutublar. Tankerin güclü mühafizə edildiyini görən dəniz quldurları hadisə yerindən uzaqlaşıblar. Tankerə və dənizçilərə zərər dəyməyib.

Qeyd edək ki, Ədən körfəzinə cəmləşən dəniz quldurları buradan keçən gəmilərə tez-tez silahlı basqınlar edirlər. \\Kanal