📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran gənclərin beynini dini-ekstremist ideyalar ilə belə yuyur - VİDEO

2022-11-14 12:04:00

İran gənclərin beynini dini-ekstremist ideyalar ilə belə yuyur - VİDEO

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən İran İslam Respublikası xüsusi xidmət orqanları üçün işləyən casus şəbəkəsi ifşa olunub.   

Hurriyyet.az xəbər verir ki, araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. 

Qeyd edək ki, faktla bağlı Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Bəxtiyar Ağazadə və Mirhafiz Cəfərzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar. 

bizim.media