📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran generallarının ölümündə ABŞ-ı ittiham edir

2024-04-06 15:14:35

İran generallarının ölümündə ABŞ-ı ittiham edir

Hurriyyet.az TRT kanalına istinadla xəbər verir ki, İranın Baş Qərargah rəisi Məhəmməd Bağıri İranın Dəməşq şəhərində yerləşən konsulluğuna İsrail tərəfindən edilən hücumun əsl müqəssirinin ABŞ olduğunu bəyan edib.
"Təsnim" agentliyinin məlumatına görə, Bağıri İsrailin Suriyadakı İran konsulluğuna hücum zamanı həlak olmuş general Məhəmməd Rza Zahidinin İsfahan şəhərində keçirilən dəfn mərasimindəki çıxışında bu sözləri söyləyib. Qeyd edək ki, Məhəmməd Rza Zahidi İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı olub.
Bağıri deyib: "Dəməşqdəki hücumun əsl müqəssiri ABŞ-dır və hesab verməlidir".
Xatırladaq ki, aprelin 1-də İsrail İranın Dəməşq şəhərindəki konsulluğunun binasına havadan hücum edib. Hava hücumu nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun 7 hərbçisi həlak olub, onlardan 2-si general rütbəsini daşıyıb. Həmçinin, Suriyanın 6 vətəndaşı da hücum zamanı həyatını itirib.
Hürr Tərcüman