"İran girovların mübadiləsindən regionda sülh olacağına ümid edir" - Abdullahiyan
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan fələstinli qadın və uşaqların azad edilməsindən və onların israilli girovlarla dəyişdirilməsindən sonra bölgəyə sülhün gələcəyinə ümid etdiyini bildirib.
Hurriyyet.az xəbər verir ki, Abdullahiyan HƏMAS qruplaşmasının davranışını “rasional və mərhəmətə əsaslanan” adlandırıb.
“Əvvəla, biz sevinirik ki, sionist rejimin Qəzzanın məzlum və güclü xalqına qarşı cinayətləri ən azı bir neçə gündür ki, dayanıb. Son iki gündəki səylərimiz bu cinayətlərin qarşısını almağa yönəlib və ümid edirik ki, bundan sonra region yeni təhlükəsizlik və sabitlik dövrünə qədəm qoyacaq”, - İranın XİN rəhbəri özünün “X” mikrobloqunda yazıb.
Fələstinin HƏMAS müqavimət hərəkatının rəhbəri İsmayıl Haniyə ilə cümə axşamı Qətərdə görüşünə toxunan yüksək səviyyəli iranlı diplomat mediaya bildirib ki, “cənab Haniyə (Qəzzada döyüşlərin) ilk günlərindən mülki məhbusları azad etmək əzmində idi. lakin İsrail tərəfi qızışdırıcı siyasəti davam etdirmək üçün bu məsələyə mane oldu”.
azpolitika.info