📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran hakerləri Avropanı HƏDƏF ALDI - Supermarketlər İFLİC OLDU

2026-11-25 17:57:40

İran hakerləri Avropanı HƏDƏF ALDI - Supermarketlər İFLİC OLDU

Avropa supermarketlərindəki soyuducu qurğulara qarşı kiberhücumları İranın "Şəhid Kave" (Shahid Kaveh) bölməsi həyata keçirib. 

Hurriyyet.net  xəbər verir ki, bu barədə "Financial Times" xüsusi xidmət orqanlarına və öz mənbələrinə istinadən məlumat yayıb.

Bölmə 1980-ci illərdə İran-İraq müharibəsi zamanı öldürülmüş iranlı komandir Mahmud Kavenin şərəfinə adlandırılıb və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiberelektron komandanlığı tərəfindən idarə olunan bir neçə haker bölməsindən biridir.

Supermarketlərdə quraşdırılmış soyuduculara hücumlar Fransadan başlayıb. Oktyabrın 11-12-də hakerlər təxminən 700 supermarketdə soyuducu qurğuların parametrlərini uzaqdan dəyişdiriblər. Noyabrın 2-nə keçən gecə isə Almaniya, İsveç, Belçika və Finlandiyanın onlarla supermarketi kiberhücuma məruz qalıb. Daha sonra İtaliya da soyuduculara hücumlar barədə məlumat verib.

"Financial Times" qeyd edir ki, qruplaşma tez-tez "CyberAv3ngers" təxəllüsü altında fəaliyyət göstərir. Qrup dəfələrlə kritik infrastruktur obyektlərinə hücumlar təşkil edib: 2023 və 2024-cü illərdə ABŞ-nin bir sıra ştatlarında su təchizatı, istehsalat və nəqliyyat sahələrində istifadə olunan İsrail istehsalı sənaye idarəetmə sistemlərini sındırıb.

Fransa hakimiyyəti kiberhücumlarda əli olduğu ehtimal edilən üç iranlı barəsində beynəlxalq həbs orderlərinin verilməsinə çalışır. Bunlar ABŞ kəşfiyyatının SEPAH-ın kiberelektron komandanlığının rəhbəri hesab etdiyi Həmid Rza Ləşgərian, eləcə də "Şəhid Kave" təşkilatının iki rəhbəri - 37 yaşlı Mehdi Ləşgərian və 35 yaşlı Rza Salərvənddir.