📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Hayfa, Ben-Qurion hava limanını vurub - ABŞ-nin 5-ci donanmasına zərbələr endirib

2026-03-19 23:24:12

İran Hayfa, Ben-Qurion hava limanını vurub - ABŞ-nin 5-ci donanmasına zərbələr endirib

İran martın 19-da İsrail və ABŞ hədəflərinə zərbələr endirdiyini bəyan edib.

APA xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi məlumat yayıb.

Qeyd edilib ki, “Doğru vəd-4” əməliyyatı çərçivəsində İsrailin mərkəzi və şimal bölgələrində yerləşən hədəflər, o cümlədən Ben-Qurion hava limanı vurulub.

“Zərbələr həmçinin Hayfa və Rişon-le-Sion şəhərlərində yerləşən neft emalı zavodlarına, qoşun toplanma məntəqələrinə və yanacaq təminatı obyektlərinə yönəldilib. ABŞ ordusunun 5-ci donanması da dəqiq zərbələrə məruz qalıb”, – deyə açıqlamada vurğulanıb.