📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran həm mediayla, həm siyasi həmlələrlə nəyi hədəfləyir...

2022-10-20 12:20:00

İran həm mediayla, həm siyasi həmlələrlə nəyi hədəfləyir...

İran mediasının təxribatları bitmir. Belə ki, bu dəfə anti-Azərbaycan dəsti-xəttində ritorika təşəbbüsünü İranın “Khabarfoori” saytı ələ keçirib. Sayt, “Xəzərdə konspirasiya planının təfərrüatları: İran-Ermənistan sərhədini kimlər bağlamağa çalışır?” başlıqlı qərəzli məqaləsində yazıb:
“Bakı hökumətinin” ötən illərdə İranı Ermənistan və Rusiya ilə birləşdirən yolda yaratdığı maneələri nəzərə alaraq, Qarabağın statusunun dəyişdirilməsi Tehran üçün, xüsusən də Şimal-Cənub dəhlizinin Fars körfəzindən Rusiyaya avtomobil yolunun tamamlanması baxımından problematik ola bilər.
Qarabağ məsələsi və Ermənistanla Azərbaycan arasında ərazi qarşıdurmaları İran İslam Respublikasının plan və layihələrinə, xüsusən də kommunikasiya marşrutları ilə bağlı ciddi təsir göstərir. İran İslam Respublikasının yüksək vəzifəli rəsmiləri dəfələrlə vurğulayıblar ki, onlar İranın şimal-qərbindəki ölkələr arasında ərazi sərhədlərinin dəyişdirilməsini qırmızı xətt hesab edirlər...”.
Yazıdan da göründüyüy kimi, İranın media resurslarında müntəzəm ifadə olunan "Tehranın qırmızı xətt" hesab etdiyi sərhəd dəyişməsini İranın bölgəsəl tranzit marşrutları xəritəsində əsas yer almayacağı, baş rol oynamayacağı qorxusundan qaynaqlanır. Açıqca İran Türkiyə-Azərbaycan tandeminin həm hərbi, həm siyasi, həm də demək olar ki, planetin qan damarları rolunu oynayan enerji resurslarının daşındığı tranzit nəqliyyat şəbəkəsində bir-birinə sintez olunmasından qorxur. Özünün də dediyi kimi, həm geoiqtisadi, həm  geosiyasi formata çevrilən, "ətə-qana dolan" Turan yolunun onun iqtisadi-siyasi məqsədlərinə çatması, bölgənin əsas gücü olması istiqamətində əsas rəqibi olduğunun etirafını dilə gətirir.  

Ülviyyə, Hurriyyet.az