İran hərbçiləri xarici gəmini saxladılar
2021-11-20 13:00:00
Hurriyyet.az “RİA Novosti” saytına istinadən xəbər verir ki, İran İslam İnqilabı Keçikçiləri Korpusunun Hərbi-Dəniz Qüvvələri İran körfəzində yanacaq qaçaqmalçılığına cəhd edən xarici gəmini saxlayıblar. Bu barədə məlumatı İran Dövlət Televiziyası verib. Telekanal gəminin respublikanın cənubundakı Xormozqan əyalətinin sahillərində saxlanıldığını qeyd edib. 150 min litr yanacağın müsadirə edildiyi bildirilir. 11 nəfər heyət üzvü istintaqa cəlb edilib.
Hürr Tərcüman