İran hərbi rütbəlisi Baqiri yenə atmacasından qalmadı
2023-04-18 14:58:00
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Baqiri İsrail xarici işlər nazirinin Bakıya səfəri ərəfəsində xəbərdarlıq edib: “Dünyanın hər hansı bir ölkəsinin bazalarından İsrailə İrandakı nüvə obyektlərinə hücumda kömək etmək üçün istifadə olunarsa, İran İrana qarşı hücuma keçəcək”.
Baqerinin bu bəyanatını İsrail hərbi kəşfiyyatı "AMAN"ın açıqlanmayan ruporu olan, İranın xüsusi xidmət orqanları və silahlı qüvvələri, habelə onun regional peykləri haqqında daim eksklüziv məlumatlar dərc edən “Intelli Times” media resursu dərc edib.
SEPAH-ın maraqlarını təmsil edən İranın "Tasnim" xəbər agentliyi dünən gecə Baqerinin çıxışı barədə məlumat yayıb, lakin "Intelli Times"ın istinad etdiyi bəyanata “diqqət yetirməyib”.
Ülviyyə, Hurriyyet.az