📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran heyəti Səudiyyə Ərəbistanına gedəcək

2023-04-10 12:02:00

İran heyəti Səudiyyə Ərəbistanına gedəcək

Hurriyyet.az “Vestmik Kavkaza” portalına istinadla xəbər verir ki, Tehranla Ər Riyad arasındakı münasibətlətin bərparını müzakirə eləmək üçün İran rəhbərliyinin nümayəndələri yaxın zamanda Səudiyyə Ərəbistanına səfər edəcəklər.

Bu barədə açıqlamanı İran XİN-in təmsilçisi Əlirza İnayəti verib. Onun sözlərinə görə, hazırda İranla Səudiyyə Ərəbistanı artıq ilkin razılaşmaları əldə ediblər. Buna görə də qarşılıqlı surətdə iki ölkədə səfirliklərin işinin bərpası məsələsinin həlli gözlənilir.

Bundan əvvəl isə Səudiyyə krallığının nümyəndə heyəti Tehrana sfər etmiş, səfirliklərin və konsulluqların bərpası məsələsi müzakirə edilmişdi.

İran ilə Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə mart ayında münasibətlərin bərpası məsələsində razılaşmışdılar.

Hürr Tərcüman