📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran hipersonik raketlər istehsal edəcək?

2023-08-09 16:07:00

İran hipersonik raketlər istehsal edəcək?

Hurriyyet.az “Yevropeyskaya pravda” nəşrinə istinadla xəbər verir ki, İranın yarırəsmi “Tasnim” informasiya agentliyi ölkənin hələ sınaq mərhələsində olan səsdən sürətli qanadlı raketlər hazırlamaq texnologiyasına sahib olduğunu yazıb.

Bu açıqlama İran körfəzində ABŞ ilə münasibətlərin gərginləşməsi və ötən həftə İranın 600 km mənzilə malik raketlərlə təchiz edilmiş yeni gəmilərini nümayiş etdirməsi fonunda verilib.
Agentlik yazıb: “Bu, İran istehsalı olan qanadlı raketlərin yeni nəslidir. Hazırda sınaq mərhələsindədir və İranın müdafiə gücü tarixində yeni səhifə olacaq”.

Qeyd edək ki, aprel ayında mətbuatda yayılan xəbərlərdə Çin, Rusiya və İran arasında ballistik raketlərin hərəkətə gətirilməsində istifadə edilən əsas kimyəvi birləşmənin İrana verilməsi məsələsi ilə bağlı danışıqlarlar aparıldığı bildirilirdi.

Həmçinin, mətbuatın iddiasına görə, Rusiya uranın zənginləşdirilməsinə qayıtmaqla bağlı İranla məxfi müqavilə bağlayıb.

Hürr Tərcüman