📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran hökuməti Avrasiya İqtisadi İttifaqı ilə bağlı qərarını açıqlayıb

2024-06-19 15:09:17

İran hökuməti Avrasiya İqtisadi İttifaqı ilə bağlı qərarını açıqlayıb

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İran hökuməti Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrlə azad ticarət zonası yaradılması barəsində qanunun imzalanmasını təsdiqləyib.
Bu barədə İranın Nazirlər Kabinetinin rəsmi təmsilçisi Əli Bahadori Cahromi məlumat verib.
"Fars" agentliyinin məlumatına görə, Cahromi hökumətin iclasından sonra keçirilən mətbuat konfransında deyib: "Nazirlər Kabineti İran ilə Aİİ ölkələri arasında azad ticarətlə bağlı qanun layihəsini təsdiqləyib".
Hürr Tərcüman