📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran hökuməti həbsdə olan Azərbaycan vətəndaşını tərcüməçi ilə təmin etməyib

2023-08-03 09:40:00

İran hökuməti həbsdə olan Azərbaycan vətəndaşını tərcüməçi ilə təmin etməyib

Matın 9-da İranda həbs edilən Fərid Səfərli dünən keçirilən məhkəmə iclasında İran hökuməti tərəfindən tərcüməçi ilə təmin edilməyib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacizadə məlumat verib.

O qeyd edib ki, İran tərəfi Azərbaycan Baş Konsulluğunun nümayəndələrinin məhkəmə iclaslarında iştirakı ilə bağlı Azərbaycanın müraciətlərinə cavab verməyib.

Qeyd edək ki, 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı F. Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Ülviyyə, Hurriyyet.az