📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran hökuməti Rusiyadan “Suxoy-35” qırıcıları almaq istəyir

2022-09-07 15:53:00

İran hökuməti Rusiyadan “Suxoy-35” qırıcıları almaq istəyir

İranın Hərbi Hava Qüvvələrinin komandanı deyir ki, Rusiyanın “Suxoy-35” döyüş təyyarələrinin alınması ordunun gündəliyindədir. Eyni zamanda, müharibə sahəsində tədqiqat institutu İranın Rusiyaya pilotsuz təyyarələr göndərmək müqabilində çox güman ki, bu qırıcıları alacağını bildirib.
Bunu Həmid Vahedi sentyabrın 4-də mediaya müsahibəsində açıqlayıb və əlavə edib ki, “Suxoy-30”un alınması planlaşdırılmır və hazırda Rusiyadan “Suxoy-35”in alınması nəzərdə tutulur”.
“Rusiyadan “Suxoy-35”in alınması ilə bağlı yekun qərar ordu komandanlığının və silahlı qüvvələrin baş qərargahının komandanlığının əlindədir və ümid edirik ki, gələcəkdə bu 4++ nəsil qırıcılarını ala biləcəyik”, deyə o əlavə edib.

Ülviyyə, Hurriyyet.az