📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran hökuməti üsyançılara qarşı livanlı və iraqlı muzdlulardan istifadə edir

2022-09-28 13:05:00

İran hökuməti üsyançılara qarşı livanlı və iraqlı muzdlulardan istifadə edir

Xarici media, sosial şəbəkə fəalları və yerli şahidlərin dediyinə görə, İran hökuməti etirazları yatırmaq üçün İraqdan və Livandan "Həşdi-Şəəbi", "Hizbullah" və Tehrana bağlı digər hərbi ünsürləri ölkəyə gətirib.
Adı çəkilən ölkələrdə İrandan maliyyələşən silahlı terror qruplaşmalarının üzvləri dəfələrlə İran xalqının etiraz aksiyalarının yatırılmasında rol oynayıblar.
Məlumata görə, SEPAH və xüsusi təyinatlı qüvvələrlə birgə repressiyalarda iştirak edən İraqın "Həşdi-Şəəbi" və Livanın "Hizbullah" qruplaşmalarının döyüşçüləri xüsusi qəddarlıqları ilə seçilirlər.
Xatırladaq ki, bundan öncə 2009-cu və 2019-cu illərdə də, etiraz aksiyalarının kütləviləşməsindən qorxuya düşən Tehran rejimi adı çəkilən muzdluların xidmətindən geniş istifadə etmişdi.

Ülviyyə, Hurriyyet.az