📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran hökumətinə bağlı media trolunun Azərbaycan və Türkiyəyə qarşı təxribatları səngimir

2022-12-08 16:40:00

İran hökumətinə bağlı media trolunun Azərbaycan və Türkiyəyə qarşı təxribatları səngimir

İran hökumətinə bağlı media fəalının Azərbaycan və Türkiyəyə qarşı təxribatları səngimir. Belə ki, 
Ehsan Movəhhediyan adlı bədnam iranlı ekspert şəxsi "Tvitter" hesabında növbəti dəfə Azərbaycanı "Bakı" adlandıraraq, yalan və əsassız iddialar irəli sürüb, habelə Türkiyə və Azərbaycan prezidentlərinin ünvanına həyasızcasına təhdid yağdırıb:

“Şahçıraqda terror aktı törədənlərin təşkilatlanmasında Türkiyənin birbaşa rolu ifşa edildi. Bakı, Tacikistan, Özbəkistan və Əfqanıstandan olan İŞİD üzvləri öncə İstanbulda gizli evdə toplaşıb, sonra Türkiyənin Van şəhərinə göndəriliblər.
Ərdoğan odla oynayır və "naşı şagirdi" Əliyevlə birlikdə İrana terrorçuların ixracına görə ağır bədəl ödəyəcəklər”. Qeyd edək ki, bu yaxınlarda İranın digər yüksək səviyyəli rəsmiləri, o cümlədən ETTELAAT naziri İsmayıl Xətib və iqtisadi məsələlər üzrə vitse-prezidenti Mohsen Rzayi ilə yanaşı, həmin dırnaqarası ekspert Ehsan Movəhhediyan da terrorçuların guya Bakının Heydər Əliyev hava limanından Tehrana uçaraq oradan Şiraza yollanıb və Şahçıraq ziyarətində terror aktı törətdiyini iddia etmişdi. İndi isə terrorçuların Türkiyədən İran ərazisinə keçdiyini bildirir. 
Bununla da, İran rejiminin mənsublarının həmişə olduğu kimi, bir-birini inkar edən açıqlamalar verdiyi və ağ yalan uydurduqları üzə çıxır. 

Ülviyyə, Hurriyyet.az