📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran hökumətinin ideoloqu yenə Azərbaycana qarşı separatçı fikirlər irəli sürüb

2022-10-28 15:50:00

İran hökumətinin ideoloqu yenə Azərbaycana qarşı separatçı fikirlər irəli sürüb

İran hökumətinin ideoloqu yenə Azərbaycana qarşı separatçı fikirlər irəli sürüb. Belə ki, İran hakimiyyətinin bir neçə gün öncə Azərbaycan əleyhinə yaratdığı qondarma “İranın Naxçıvanı” adlı “Telegram” kanalında daim qatı anti-Azərbaycan mövqeyini özünə peşə seçən və İran rejiminin fikirlərini cəmiyyətə sırıyan radikal fikirli ideoloq Əliəkbər Raefipurun paylaşımı dərc edilib:
“Naxçıvan əhalisi ilə yanaşı, “Bakı Respublikası”nın talışları da öz əsl vətənləri olan İrana birləşmək istədiklərini dəfələrlə bildiriblər.
Azərbaycanda yaşayan talışların sayı 800 min-1 milyon nəfər təxmin edilir.

Ülviyyə, Hurriyyet.az