📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Hörmüz boğazında gəmiçilik qaydalarına yenidən baxmaq niyyətindədir - MÜHARİBƏDƏN SONRA

2026-03-18 10:47:33

İran Hörmüz boğazında gəmiçilik qaydalarına yenidən baxmaq niyyətindədir - MÜHARİBƏDƏN SONRA

İran ABŞ və İsraillə müharibədən sonra Hörmüz boğazında gəmiçiliyi tənzimləmək üçün yeni qaydalar hazırlamağı planlaşdırır.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına müsahibəsinə deyib.

İran XİN rəhbərinin fikrincə, müharibə bitdikdən sonra Hörmüz boğazında gəmilərin hərəkətini tənzimləyən yeni mexanizmlər işlənib hazırlanmalıdır ki, gəmiçilik daimi və təhlükəsiz şəkildə təmin edilsin.

“Bu, aydın qaydalar əsasında, İranın və bütün regionun maraqları nəzərə alınmaqla həyata keçirilməlidir”, - nazir vurğulayıb.

O əlavə edib ki, boğazdakı təhlükəsizliyin təminatçıları onun hər iki tərəfində yerləşən ölkələr – İran, Oman və Birləşmiş Ərəb Əmirlikləri olmalıdır.