📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Hörmüzün açılması üçün şərtini açıqladı

2026-10-17 13:09:29

İran Hörmüzün açılması üçün şərtini açıqladı

“Hörmüz boğazının gəmiçilik üçün açılması ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdən çıxmasından asılıdır”.

Hurriyyet.net  xəbər verir ki, bunu İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya “X” hesabında yazıb.

O bildirib ki, ABŞ bölgəni tərk edərsə, boğaz açılacaq, regional ölkələrin iştirakı ilə kollektiv təhlükəsizlik təmin olunacaq və qlobal iqtisadi vəziyyət yaxşılaşacaq.

Əkrəminiya ABŞ qüvvələrinin bölgədən çıxmaması halında İranın onları çıxaracağını qeyd edib.