📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran husilərə hərbi və kəşfiyyat dəstəyi verir? - Husilərin sözçüsündən açıqlama

2023-12-23 14:45:56

İran husilərə hərbi və kəşfiyyat dəstəyi verir? - Husilərin sözçüsündən açıqlama

İran Yəmən husilərini Qırmızı dənizdə ticarət gəmilərinə hücum etmək üçün pilotsuz təyyarələr və raketlər də daxil olmaqla silahlar və real vaxtda kəşfiyyat məlumatları ilə təmin edir.

Hurriyyet.az xəbər verir ki, bunu “Wall Street Journal” Qərb və regional təhlükəsizlik rəsmilərinə istinadən yazıb.

Rəsmilər iddia edir ki, İranın Qırmızı dənizdəki hərbi müşahidə gəmisi Bab əl-Məndəb boğazında gəmilərə hücumlarda istifadə edilmək üçün husilərə müşahidə məlumatı verir.

Husilərin sözçüsü nəşrə bildirib ki, İranın köməyinə ehtiyac yoxdur.

“Hər şeyi İrana aid etmək qəribədir, sanki o, dünyanın ən qüdrətli gücüdür. Bizə qarşı təcavüz dövründə öz effektivliyini sübut edən kəşfiyyat aktivlərimiz var” – deyə, Yəmən husilərinin nümayəndəsi bildirib.

AzPolitika.info