İran iddia edir: "Münaqişənin açarı Vaşinqtondadır"
2024-01-24 09:00:19
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qəzza münaqişəsinin açarının Vaşinqtonda olduğunu qeyd edib. O, müharibənin miqyasının getdikcə genişləndiyini söyləyib.
Abdullahiyan ABC kanalına müsahibəsində deyib: "Sizi inandırım ki, ABŞ bu gün özünün maddi-texniki, hərbi, siyasi və media dəstəyini dayandırsa, müharibə 10 dəqiqəyə dayanacaq".
Hürr Tərcüman