İran ilə ABŞ arasında mübadilə
2023-09-18 14:33:03
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sentyabrın 18-də İran ilə ABŞ arasında məhbus mübadiləsi keçiriləcək.
Bu barədə məlumatı İran XİN-in rəsmi təmsilçisi Naser Kənani Çafi verib.
İRNA agentliyinin yazdığına görə, diplomat deyib: “İranın Cənubi Koreyadakı dondurulmuş vəsaiti bu gün hökumətə və millətə təqdim eiləcək. Bu gün məhbusların mübadiləsi baş tutacaq”. O, tərəflərin 5 məhbusu azad edəcəklərini söyləyib.
İranın Cənubi Koreyadakı 6 milyard dollar məbləğində dondurulmuş vəsaitinin İranın Qətərdəki hesablarına köçürüldüyü bildirilir. Bundan sonra İran hakimiyyəti ABŞ ilə məhbus mübadiləsi aparıb.
Hürr Tərcüman