📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran ilə Ermənistan türk dünyasını birləşdirəcək layihəyə qoşulmağa hazırlaşırlar

2024-01-07 13:08:52

İran ilə Ermənistan türk dünyasını birləşdirəcək layihəyə qoşulmağa hazırlaşırlar

Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Hurriyyet.az xəbər verir ki,Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Tvnet” kanalına müsahibəsində Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı işlərin 2028-ci ildə başa çatacağına ümid elədiyini bildirib. Uraloğlu Zəngəzur dəhlizinin Türkiyə üçün mühüm layihə olduğunu və türk dünyası ölkələri ilə birbaşa quru əlaqəsini təmin elədiyini xatırladıb. Nazirin sözlərinə görə, son zamanlarda Ermənistandan da bu layihədə iştirakla bağlı müsbət xəbərlər alınır: “Marşrutun 43 kilometrlik sahəsi Ermənistan ərazisindən keçir. Onlar da öz növbələrində planlaşdırma və tenderlərlə bağlı prosesləri başa çatdırmalıdırlar”.

Uraloğlu İranın da Zəngəzur dəhlizi layihəsində iştirakda maraqlı olduğunu qeyd edib: “Türkiyə İranla danışıqları davam edir. Zəngəzur dəhlizi Türkiyə üçün çox mühümdür. İranın bu layihəyə qoşulmasına dəstək ola bilərik”.

Nazir marşrutun Türkiyə ərazisindən keçən 224 kilometrlik hissəsində müvafiq infrastrukturun tikintisi ilə bağlı işlərin davam etdiyini xatırladıb: “İşlərin yaxın 5 il ərzində başa çatması planlaşdırılır. Beləliklə, Zəngəzur dəhlizi layihəsi 2028-ci ildə tam reallaşa bilər”.

Hürr Tərcüman